SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda iş icraçısı sakinlərdən təmir üçün pul qoparmaq istəyir - VİDEO

Bakıda iş icraçısı sakinlərdən təmir üçün pul qoparmaq istəyir - VİDEO

Tarix:

13-06-2017, 12:11

/ 62 437 dəfə oxundu.
Bakıda iş icraçısı sakinlərdən təmir üçün pul qoparmaq istəyir - VİDEO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 7 saylı köhnə bina illərdir təmir olunmur. Rayon İcra Hakimiyyəti yolun kənarında olan binaları və onların həyətlərini təmir etsə də, bu binanın həyəti bərbad vəziyyətdə qalıb.
Bu şikayətlə 7 saylı binada yaşayan sakinlər müraciət ediblər. Sakinlər deyirlər ki, 1937-ci ildə inşa olunan iki mərtəbəli bina yararsız vəziyyətdədir. Yağış yağan kimi binanın həyəti gölməçələrə dönür.
“Bizim bina və qonşu binaların hamısı 1937-ci ildə tikilib. Qonşu binaları, həyətləri təmir edirlər, amma bizim binaya baxan yoxdur. Şikayət eləyirik, MİS rəisi yalandan deyir ki, sizin bina plana düşüb. Bu binaların hamısı eyni ildə tikilib, necə ola bilər ki, onlar plana düşmür, bizim bina düşür? O binalar yola baxdığına görə təmir olunur. Hazırda təmir işlərini həyata keçirən iş icraçısı özbaşınalıq edir. Bizə deyir ki, kvadratmetrə görə 12 manatdan yığın, sizin həyəti də abadlaşdıraq. Binada yaşayan 20-yə yaxın sakin küçəyə çıxaraq etiraz edirik”, - deyə şikayətçi Zaur Qəhrəmanov bildirib.

virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ