yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İt dişləməsindən dünyasını dəyişən 5 yaşlı Zeynəbin valideynləri PROKURORLUĞA ŞİKAYƏT ETDİ

İt dişləməsindən dünyasını dəyişən 5 yaşlı Zeynəbin valideynləri PROKURORLUĞA ŞİKAYƏT ETDİ
30-08-2017, 16:25 158 246 dəfə baxılıb
yüklənir...

Bir müddət öncə it dişləməsindən sonra dünyasını dəyişən 5 yaşlı Zeynəb Mikayılovanın valideynləri səhlənkarlıq edən həkimlə bağlı Sumqayıt şəhər prokurorluğuna şikayət ediblər.
Zərərçəkənlər mərhumu müayinə və müalicə edən, işinə səhlənkar yanaşan həkimin qanun qarşısında cvab verməsini tələb edirlər. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Sumqayıt şəhər 10-cu mkr ərazisində 31.07.2017-ci il tarixində qızım 11.09.2012-ci il təvəllüdlü Mikayılova Zeynəb Elçin qızına naməlum küçə iti tərəfindən hücum olmuşdur. Ailə üzvlərimiz tərəfindən təcili Sumqayıt şəhər TTYX-sına çatdırılan qızım Zeynəb nəzarət altına götürülmüş, həkim Mahal Məmmədov tərəfindən ilkin tibbi yardımlar göstərilmiş, xəstəxana rəhbərliyinin verdiyi məlumata əsasən yaralar cərrahi işlənmiş, anterabin vaksin və tetanus əleyhinə anatoksin vurulmuşdur. 3 avqust tarixində Zeynəbə ikinci dəfə anterabin vaksin vurulmuş, 4 avqust tarixində isə yaralının vəziyyəti qənaətbəxş hesab olunmuş və evə buraxılmışdır.
Qızımı evə gətirdikdən sonrakı müddətdə xəstəxanadan xəstənin vəziyyəti ilə bağlı bir dəfə də olsa, maraqlanmadılar. Avqust ayının 7-si növbəti vaksinin vurulması üçün xəstəxanaya müraciət etmişik, lakin bizə bildirilib ki, hal hazırda xəstəxanada vaksin qalmamışdır. Bundan sonra bizi yönləndirdilər Bakı şəhər 1 saylı TTYX-na, növbəti vaksini də burada vuruldu və biz yenidən evə qayıtdıq. 14 avqust tarixində qızım Zeynəbin saglamlığında kəskin ağırlaşma halları müşahidə olunmağa başlamış belə ki, hərarəti yüksəlmiş, öyümə qusması, qorxu həyəcan və sudan qorxu halları müşahidə olunduqda onu yenidən Sumqayıt TTYX-sına apardıq. Həkimlər qızım Zeynəbin sağlıq durumuna baxdıqdan sonra onu təcili N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasına göndəriş verdilər. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında ilkin baxışdan sonra bizə bildirdilər ki, artıq edə biləcəyimiz bir şey qalmayıb. 17.08.2017-ci il tarixdə qızım Mikayılova Zeynəb dünyasını dəyişmişdir.
Tibbin bu mərhələyə qədər inkişaf etdiyi bir zamanda it disləməsindən quduzluq xəstəliyinə yoluxmaq həkim səhlənkarlığıdırmı, savadsızlıqdırmı, ya təqdiri-ilahimi adlandıraq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən quduzluq əleyhinə olan vaksin və zərdablar xəstəyə düzgün tətbiq olunacağı təqdirdə ölüm riski tam olaraq aradan götürülür.
Bundan əlavə, Sumqayıt şəhər səhiyyə şöbəsinin rəsmi açıqlamasında göstərilir ki, guya 4 avqust tarixində valideyinin təkidi əsasında xəstə evə buraxılmışdır.
Lakin bu tamamilə yalnış məlumatdır. Quduzluq virusuni yoluxma riski olan şəxs uşaq olduğu, xəsarət yeri mərkəzi sinir sisteminə yaxın olduğu üçün gizli dövr bir həftəyə qədər qısala bilər, bu müddətdə xəstə nəzarətdə saxlanılmalı antirabik zərdab və ya immunoqlobulin inyeksiyasi ilə passiv imunitet yaradılıb antirabik vaksinin aktiv immunitet yaratması üçün lazim olan müddət təmin edilməli idi. Sumqayıt şəhər TTYX-sının həkimi Mahal Məmmədovun səhlənkarlığı və ya tibbi biliyinin kafi dərəcədə olmaması nəticəsində 5 yaşlı Zeynəb evə buraxılmış və bir dəfə də olsa, evində proflaktik baxış keçirilməmiş, ümumiyyətlə, səhhəti ilə maraqlanılmamışdır. Xəstəliyin ilk simptomlari 12 gün sonra ortaya çıxmışdı. Quduzluq infeksion xəstəlikdir. Bu virus xəstəlik başlamazdan 8 gün əvvel ağız suyu ilə ifraz olunur yoluxma dişləmə ilə yanaşı, ağız suyunun dəri ilə bulaşması ilə də baş verir. Evimdə daha iki azyaşlı uşağım da ( 7 yaşında bacısı və altı aylıq qardaşı) bacıları ilə oyanayıb xəstəliyə yoluxa bilərdilər. Zeynəbin və uşaqların sağlamlığını heçə sayan həkimlərin öz əməllərinə görə qanun qarşısında cavab verməyini və bu işin daha detallı araşdırılmasını xahiş edirik.
Qeyd edim ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, xəstə uşağın valideyinlərinin şifahi xahişi əsasında vaxtından əvvəl xəstəxanadan evə yazılmasına və bu barədə ərazi 1 nömrəli Uşaq Polikilinikasına xəstə uşaq üzərində nəzarət olunması üçün bildiriş verilmədiyinə görə Sumqayıt şəhər TTYX-nın uşaq travmatologiyası şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət, şöbə müdiri Məharət Xasayevə isə töhmət verilmişdir. Halbuki Sumqayıt şəhər TTYX-sı qızım Zeynəbi təxirəsalınmaz şəkildə təcili olaraq ilkin cərrahi müdaxilədən sonra yolxucu xəstəliklər xəstəxanasına göndərişin verməli idilər. İlk gündən səhlənkarlıq nəticəsində xəstəliyə heç bir aidiyyatı olmayan şöbədə saxlanılmış və belə bir sonluqla qarşılaşmaq məcburiyyətində qaldıq.
Baş vermiş ölüm hadisəsində hər hansısa səhlənkarlığın, cavabdeh şəxsin( və ya şəxslərin) hərəkət və ya hərəkətsizliyindən doğan nəticənin araşdırılmasını, günahkarın və ya günahkarların hüquqi müstəvidə layiqli cəzalarının alınmasında, baş vermiş hadisənin arasdırılmasına birbaşa nəzarət etməyinizi Sizdən xahiş edirəm.

Unikal.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ShKAYET, yashli, PROKURORLUGA, 5, ETD, deyishen, dunyasini, Zeynebin, dishlemesinden, t, valideynleri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ