Həkim Sumqayıt sakinini iflic etdi
Sumqayıt sakini Bəxtiyar Hüseynov həkim səhlənkarlığından şikayət edir.
Pravda.az-ın xəbərinə görə, şikayətçi 2018-ci ildə qol sümüyündə ağrılar olduğu üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında çalışan travmotoloq-cərrah Fuad Ağayevə müraciət edib. Xəstəni müayinə edən həkim əməliyyat olunmalı olduğunu deyib. Əsas problem də bundan sonra yaranıb.
Bəxtiyar Hüseynov iddia edir ki, həkimin dediyi kimi sağalmayıb, əksinə iflic olub. Bundan sonra əməliyyatdan 26 ay keçməyinə baxmayaraq, xəstə iflic vəziyyətdə qalıb. O, dəfələrlə şikayət etsə də, həkim xəstənin şikayətlərinə cavab verməyərək bildirib ki, get şikayət elə...
Məsələ ilə bağlı xəstəni əməliyyat edən Bəxtiyar Hüseynovla danışdıq. Travmotoloq cərrah Fuad Ağayev isə ittihamları əsassız hesab edərək bildirdi ki, əməliyyat necə lazımdırsa, elə də olub. Sadəcə, xəstə səhlənkarlıq edərək sümüyün bitişməsini gözləməyib.
Həkim həmçinin bildirdi ki, məsələ ilə bağlı artıq məhkəmə işi başlayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...