yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nazirlik vergi ödəyicilərinə müraciət etdi: Son gün martın 31-dir

Nazirlik vergi ödəyicilərinə müraciət etdi: Son gün martın 31-dir
1-03-2017, 16:33 560 dəfə baxılıb

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:

“2016-cı hesabat ilinin yekunlarına görə, gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən, vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

2016-cı ilin yekununa görə, hüquqi şəxslər mənfəət və əmlak vergisi üzrə, fiziki şəxslər isə gəlir vergisi üzrə bəyannamələrini 31 mart 2017-ci il tarixindən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək dövlət büdcəsinə ödəməlidirlər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ