Ov heyvanlarını satanlar vergi ödəyəcək
Hüquqi şəxs tərəfindən ovlanılan heyvanların pərakəndə satışının təşkili məqsədilə satış guşələri icarəyə verilərsə, hansı vergi öhdəliyi yaranır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, əmlakını icarəyə verməklə gəlir əldə edən hüquqi şəxsin sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığına görə, həmin şəxs fəaliyyətini mənfəət vergisinin ödəyicisi kimi həyata keçirməlidir.
Bu zaman icarə fəaliyyətindən əldə olunan gəlirlərdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş, müvafiq sənədlərlə təsdiqlənmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxıla bilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannamə”si vergi orqanına təqdim edilməlidir.
Verginin ödənilməsi isə hesabat ili ərzində hər rüb üzrə cari ödəmələr edilməklə və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son haqq-hesab aparılmaqla həyata keçirilir.
İcarə fəaliyyətindən dövriyyə 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olduqda hüquqi şəxs ƏDV məqsədləri üçün vergi uçotuna duraraq göstərdiyi xidmətlərə ƏDV-ni tətbiq etməlidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...