SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Tarix:

28-03-2018, 15:38

/ 1 764 dəfə oxundu.
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

Məlumata görə, 2017-ci ilin yekunlarına görə hüquqi şəxslər tərəfindən mənfəət və əmlak vergisi, fiziki şəxslər isə gəlir vergisinin bəyannaməsini aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən bu ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələr aprel ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

2018-ci ilin mart ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları əlavə dəyər vergisi, aksiz, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş vergi, və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannamələrini bu ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bəyannaməsi cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
2018-ci ilin 1-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları sadələşdirilmiş vergi və ödəmə mənbəyində tutulan vergi bəyannamələrini bu ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Bundan başqa, sari ilin I rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) bu ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və mart ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Dövlət rüsumu haqqında hesabat aprel ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).
Qeyd edək ki, bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir, vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur.

Şərhlər

XƏBƏR LENTİ