yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cahangir Hacıyev 7 milyardlıq əməliyyatda Zərrabla əlbir olub? – İDDİA

Cahangir Hacıyev 7 milyardlıq əməliyyatda Zərrabla əlbir olub? – İDDİA
9-12-2017, 13:39 236 dəfə baxılıb

ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabla bağlı cinayət işinin Azərbaycana uzandığı barədə məlumat vermişdik. Həmin məlumatda “Zərrab işi”ndə azərbaycanlı iş adamlarının da adının hallandırıldığı iddia edilirdi. Həminin iş adamlarının Əhməd Məmmədov və Vidadi Bədəlov olduğu bildirilirdi.
Əhməd Məmmədov “Azərsığorta” şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. O, “Azəri-Türk Bank”ın “Mərkəz” filialının direktoru vəzifəsində çalışır.
Vidadi Bədəlova gəlincə, onun Türkiyədə iri biznes stukturlarının olduğu bildirilir. Bu iş adamının da Azərbaycan hakimiyyətinə yaxın olduğu iddia edilir.
Bu günlərdə isə Beynəlxalq Bankın keçmiş rəshbəri, maliyyə maxinasiyalarına görə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin də “Zərrab işi”nə dolayısı ilə aidiyyatı olduğu barədə məlumat əldə etmişik.

AZ24saat.org hələ bir müddət əvvəl məlumat yaymışdı ki, Cahangir Hacıyevin həbsinin kökündə müəmmalı maliyyə əməliyyatları dayanır.
Onun adı bank əməliyyatının növlərindən olan Server to Server (S2S) vasitəsilə Türkiyədən 7 milyard dollar pul çıxarmaqda hallandırılır. Məlumatda deyilir ki, bu əməliyyatdan Türkiyə rəhbrəliyi – şəxsən Ərdoğan xəbər tutaraq vəsaitin geri qaytarılmasına nail olub.
Bununla yanaşı, məsələ barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev də məlumatlandırılıb. Dərhal Cahangir Hacıyevin fəaliyyətilə bağlı araşdırmalara başlanıb və bəlli olub ki, bankir bir neçə dəfə belə əməliyyatlar həyata keçirib. Cahangir Hacıyev həmin pulların bir hissəsini yeni iş yerləri adı altında yuyub. Bütün bunlardan sonra bankirin vəzifədən uzaqlaşdırılması və həbs olunması qərara alınıb.
Cahangir Hacıyevin bu əməliyyatlarda Rza Zərrabın dəstəyindən də yararlandığı ehtimal oluna bilər. Digər tərəfdən, həmin pulların yuyulmasında da bankirin Zərrabla işbirliyinə getməsi barədə şübhələr var.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: emeliyyatda, Cahangir, DDA, 7, olub, milyardliq, Zerrabla, Haciyev, elbir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ