yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tanınmış iş adamı tutuldu - Rza Zərrabla bağlı

Tanınmış iş adamı tutuldu - Rza Zərrabla bağlı
29-03-2017, 10:51 376 dəfə baxılıb

Ötən il Mayamidə həbs edilən, Azərbaycan əsilli Rza Zərrabla bağlı aparılan araşdırma çərçivəsində daha bir iş adamı saxlanılıb.

Türkiyə KİV-nə istinadən xəbər veririk ki, həbs edilən şəxs Türkiyədə böyük nüfuza malik olan “Halkbank”ın Beynəlxalq Bankçılıq üzrə məsul direktorunun müavini Mehmet Hakan Atilladır. Bank Hakan Atillanın ABŞ-da saxlanıldığı haqda məlumat yaysa da, təfərrüatları açıqlamayıb.

Lakin bir çox türk mediasında yer alan xəbərlərdə qeyd edilir ki, Nyu-Yorkda hava limanında saxlanılan Hakan Atilla Rza Zərraba bank hesabları ilə oynamaqda və “çirkli pullar”ın yuyulması məsələlərində kömək etməkdə günahlandırılır. Bank rəsminin saxlanılması barədə açıqlama verən Nyu-York Baş Prokurorluğu direktor müavininin saxlanıldığı gün ərzində hakim qarşısına çıxarılacağını bildirib. O da qeyd edilir ki, prokurorluq onun 50 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. “Hürriyyet” nəşrinin Nyu-Yorkdakı nümayəndəsi Razi Canikligil isə şəxsi tvitter hesabında Hakan Atillanın Rza Zərrabın olduğu Manhetten həbsxanasına köçürüldüyünü bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ