Rza Zərrab davasında gözlənilməz səs yazısı - Yalanı ortaya çıxdı
ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və “Halkbank”ın keçmiş icraçı direktoru Hakan Atillanın məhkəmə prosesində gözlənilməz hadisə baş verib.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, R.Zərrabın 15 sentyabr 2016-cı ildə həbsxanada olduğu zaman dayısı Əhəd Xabbazla telefon danışığının səs yazısı məhkəmə prosesi zamanı təqdim edilib.
Zərrab telefon danışğında dayısına yalan danışmaq məcburiyyətində olduğunu bildirib:
“Əgər ABŞ-da həbs edilmisənsə, azadlığa çıxmaq üçün ya yalan danışmalısan, ya da etmədiyin cinayətləri boynuna almalısan. Günahını boynuna aldıqdan sonra azadsan. Məsələ bundan ibarətdir: azad olmaq. Baş verənləri udacaqsan”.
Hazırda məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdə olan Zərrab, ötən həftə hakim qarşısında dindirildiyi zaman etiraflar etmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır