Rza Zərrab günahını etiraf etdi
Bank fırıldaqçılığı və “çirkli pulların yuyulması” maddələri ilə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın əməlini etiraf etdiyi açıqlanıb.
Xarici KİV-ə istinadən xəbər veririk ki, bu barədə cinayət işinə baxan Nyu-York Cəmub Bölgəsi Federal Məhkəməsinin hakimi Riçard Berman məlumat verib.
O, Zərrabın bu gün keçiriləcək məhkəmə prosesində eyni maddələrlə həbsdə olan “Halkbank”ın sabiq icraçı direktoru Hakan Atillaya şahidlik edəcəyini bildirib.
H.Atillanın vəkilləri məhkəmə prosesinin 2 həftə təxirə salınmasını istəsələr də, bu tələb rədd edilib.
Qeyd edək ki, İran və Türkiyə vətəndaşlığı olan R.Zərrab 19 mart 2016-cı ildə Mayamidə tutulub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır