SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » O vaxt Nazim İbrahimov vəzifədə idi, qardaşı da istədiyini edirdi... - Qazaxlı sahibkar haqqını tələb edir

O vaxt Nazim İbrahimov vəzifədə idi, qardaşı da istədiyini edirdi... - Qazaxlı sahibkar haqqını tələb edir

Tarix:

9-04-2019, 10:24

/ 971 dəfə oxundu.
O vaxt Nazim İbrahimov vəzifədə idi, qardaşı da istədiyini edirdi... - Qazaxlı sahibkar haqqını tələb edir

İçki içməyindən fəxrlə danışan "Hacı" İbrahim Nehrəmli banklara 850 milyon və Elşad Məmmədova “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat borcu olduğu haqda müraciətləri cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı övladını götürərək Azərbaycanı tərk etmək məcburiyyətində qalan qazaxlı iş adamı saytımıza növbəti müraciət ünvanlayıb.

İbrahim Nehrəmli ilə aralarında ev qalmaqalı yaşayan qazaxlı iş adamı Elşad Məmmədov Mediaxeberleri.az -a müraciət edərək İbrahim Nehrəmlinin ona olan borcunun da ödənilməsini istəyib:

“Mən hazırda Avropada yaşayıram. Avropalıların mənə verdiyi evdə bura gəlməyimə səbəb isə Bakıda Həsən 96 MTK da 350 000 manat verib aldığım iki evin mənimsənilməsidir. İbrahim Nehrəmliyə müraciət edərək bildirirəm ki, mənim evlərimi qaytarsın özümə. Mən o evləri halal zəhmətimin haqqı ilə almışdım.”

“Bandotdel”dən çıxdıqdan sonra “yaddaşı” özünə qayıdan İ.Nehrəmli mediaya açıqlamasında təkcə Beynəlxalq Banka 430 milyon dollar borcu olduğunu etiraf etmişdi.

İbrahim Nehrəmlinin bu etirafları və rəqəmləri tez-tez dəyişməsi onun növbəti ifşası olmaqla yanaşı, dövlətin 100 milyonlarla pulunun havaya sovrulduğunu, talandığını ortaya çıxardı. Hər halda heç bir girov qoyulmadan Hacı İbrahimə Beynəlxalq Bank bu qədər böyük həcmdə kredit verilməsinə başqa ad tapmaq çətindir.Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”ndə işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərcləfdiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.
Bundan əlavə xaricdə ailə üzvlərinin adına dəbdəbəli mülklər aldığına, biznes qurduğuna dair iddialar var. Bu iddiaların nə qədərinin doğru olduğunu söyləyə bilməsək də, İ.Nehrəmlinin kredit borcunu ödəyə bilmədiyi, bu üzdən də “Bandotdel” “macərasının” davam etdiyi məlumdur. Bu “macəranın” hələ nə qədər davam edəcəyi isə məlum deyil…

Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdır.

İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin sadəcə bilinən və balaca bir görüntüsüdür.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olan İbrahim Nehrəmli fantastik və fırıldaq “Xəzər Adaları” layihəsi adı ilə Beynəlxalq Bankdan 850 milyon kredit götürüb. Həmin vaxt bu 1 milyard dollardan artıq edirdi (bugünkü məzənnə ilə 1,7 milyard manat.). Hansı ki, mifik bir layihə adı ilə aldığı bu 100 milyonların bir hissəsini xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələri üçün yüz min dollarlıq “cip”lərə, səyahətlərə və s. bu kimi dəbdəbələrə xərclədiyi məlum olub.

Bu haqda danışmazdan öncə xatırladaq ki, Beynəlxalq Bankdan oğurlanan 20 milyardın müəyyən hissəsi yüksək vəzifəli şəxslərə bağlı iş adamları tərəfindən kredit kimi alınaraq mənimsənilib. Xeyli sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb, qaytarmayıb. Bunlardan biri, götürüb qaytarmadığı kreditn həcminə görə bəlkə də birincisi “Hacı İbrahim” ləqəbi ilə tanınan İbrahim Nehrəmlidir.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olan İbrahim Nehrəmli fantastik və fırıldaq “Xəzər Adaları” layihəsi adı ilə Beynəlxalq Bankdan 850 milyon kredit götürüb. Həmin vaxt bu 1 milyard dollardan artıq edirdi (bugünkü məzənnə ilə 1,7 milyard manat.). Hansı ki, mifik bir layihə adı ilə aldığı bu 100 milyonların bir hissəsini xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələri üçün yüz min dollarlıq “cip”lərə, səyahətlərə və s. bu kimi dəbdəbələrə xərclədiyi məlum olub.

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15 gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətini ortaya qoydu.

İddia etdi ki, guya nə vaxtsa Beynəlxalq Bankdan nümayəndə heyəti onun “Xəzər Adaları”ndakı 5 yarımçıq obyektini qiymətləndirib. Sitat: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1,5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil…”

Layihəsinin dəyərini 100 milyard dollar qiymətləndirən, mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının onun fırıldaq layihəsinə böyük maraq göstərdiyini – guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı, son olaraq Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin 15 milyard investisiya ayırdığını iddia edən, söylədiyinin hamısı da AĞ YALAN çıxan BİRİNİN 4-5 sınıq-salxaq, yarımçıq binanı 1,5 milyard manat dəyərləndirməsi, əlbəttə, təəccüblü deyil.

Şərhlər

XƏBƏR LENTİ