İş adamı Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - VERGİ BORCU
İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC məhkəməyə verilib.
Hit.az-a istinadən xəbər veririk ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Martın 12-də hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 5-nə təyin edilib.
MMC-nin vergi borcuna görə məhkəməyə verildiyi bildirilir.
Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
Sahibi olduğu “Avesta Konserni” MMC tikinti şirkətidir. Şirkət “Xəzər adaları” layihəsinin sayəsində populyarlıq qazanmışdı. Bu layihənin müəllifi də Hacı İbrahim Nehrəmli idi. Lakin iş adamı layihəni başa çatdıra bilmədi. Bunun əsas səbəblərindən biri 2015-ci ildə “Beynəlxalq Bank”dakı kredit qalmaqalı idi.
Həmin vaxt məlum olmuşdu ki, Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsi üçün bankdan 850 milyon manat kredit götürüb. Odövrkü məzənnə ilə bu, 1 milyard dollardan artıq edirdi. Lakin iş adamı borcunun 450 milyon manat olduğunu iddia edirdi. İş adamı krediti ödəmədiyinə görə 2015-ci il mnayın 13-də Baş Mütəşəkki Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
Bir neçə gün əvvəl isə, “Avesta Konserni”ndə baş mühasib işləyən Vaqif Bağırovun cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı məlumat yayılmışdı. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Bildirilir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılacaq. Vaqif Bağırov “İnterpol” xətti ilə beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...