SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı İbrahim Nehrəmlinin konyak içən yerdə yeni görüntüləri yayıldı - VİDEO

Hacı İbrahim Nehrəmlinin konyak içən yerdə yeni görüntüləri yayıldı - VİDEO

Tarix:

3-04-2017, 17:04

/ 14 438 dəfə oxundu.
Hacı İbrahim Nehrəmlinin konyak içən yerdə yeni görüntüləri yayıldı - VİDEO

Qazaxlı iş adamı, hazırda Avropada yaşayan Elşad Məmmədov Avropa.info-ya iş adamı Hacı İbrahim Nehrəmlinin spirtli içki içən yerdə görüntülənən videosunu təqdim edib.
Əmlakının Hacı İbrahim Nehrəmnli tərəfindən ələ keçrildiyini bildirən iş adamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə müraciət edib. Elşad Məmmədəv müraciətində Hacı İbrajim Nehrəmlinin hacı titulunun əlindən alınmasını istəyib.
“Müqəddəs torpaqları ziyarət etmiş bir şəxsin nümayişkaranə şəkildə ekranlara çıxaraq “hər səhər konyak içirəm” deməsi nə dərəcədə düzgündür? Mən QMİ sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm, Hacı konyak içə bilərmi? Bununla bağlı da açıqlama versinlər. Avropa Oyunları ilə bağlı məlumat yayaraq bildirirlər ki, idmançılar oruc tutmaya bilər, indi bu məsələ ilə bağlı da fətvalarını versinlər. Həccə gedən konyak içə bilərmi?”
Avropa.info xatırladır ki, Azərbaycan qanunlarına görə “hacı” adlı bir titul yoxdur. Bununla yanaşı Həcc ziyarəti edən insanlar haqqında cəmiyyətdə yüksək fikir olduğundan belə şəxslərin spirtli içki qəbul etməsi yaxşı qarşılanmır. İslam dininə görə isə spirtli içki haramdır.
Elşad Məmmədovun göndərdiyi videonu təqdim edirik. İş adamı Hacı İbrahim Nehrəmlinin də fikirlərini dərc etməyə hazırıq.
avropa.info

Şərhlər

XƏBƏR LENTİ