SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Burada tikintiyə qərar verənlər məsuliyyət daşımalıdır”

“Burada tikintiyə qərar verənlər məsuliyyət daşımalıdır”

Tarix:

13-10-2018, 11:53

/ 1 558 dəfə oxundu.
“Burada tikintiyə qərar verənlər məsuliyyət daşımalıdır”

“Bu, təbii fəlakətdir. Səbəblərini açmaq üçün tələsmək lazım deyil. Gözləməliyik ki, ekspertlər, alimlər öz rəyini desinlər”.

xalqxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov Badamdarda baş verən sürüşmədən danışarkən deyib. O xatırladıb ki, bütün dünyada, o cümlədən XVIII əsrdə Badamdarda yaşayış olmasa da sürüşmələr qeydə alınıb: “İnsan fəaliyyəti yalnız bu sürüşmələri sürətləndirə bilər. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub”.

Kanalizasiya sisteminin olmamasının prosesi sürətləndirməsi məsələsinə gəlincə isə o qeyd edib ki, bu hadisəni kanalizasiya sistemi ilə bağlamaq olmaz: “Birincisi, ekspert rəyininin təqdim olunmasını gözləməliyik. Hər halda bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən burada post qurulub.

Həmçinin, vaxtilə bu ərazidə tikinti tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər”.

Şərhlər

XƏBƏR LENTİ