“Badamdarda uçqun evlərə doğru davam edir” - Əziz Qaralov
Badamdar sürüşmə sahəsində aktivlik qalmaqdadır.
Bunu Azvision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hazırda sürüşmə sahəsindəki dik qalmış torpaq qatında xırda uçqunlar müşahidə edilir: “Qoyduğumuz gips mayaklarda dəyişiklik hiss olunmur. Dik qalmış torpaq qatında xırda uçqunlar olur ki, bu da təbiidir. Evlərin hasar divarları qırılma qaşının yaxınlığında yerləşir, onların bəzilərində çatlar müşahidə edilir və uçqun o istiqamətdə davam edir. Yağışlar intensiv olarsa, asılı vəziyyətdə qalan torpaq qatı bir az da ağırlaşacaq və nəticədə uçqunlar bir az da sürətlənəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?