Eldar Əzizov Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlanır
Hazırda mütəxəssislər Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlayır, rəy formalaşıb. Sadəcə olaraq vaxt tələb olunur.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov deyib.
Onun sözlərinə görə, baş verən hadisə təbii prosesin nəticəsidir: "İnsan amili bunu yalnız sürətləndirə bilər. Sürüşmə baş verəndə, adətən, günahkarı axtarıb tapmağa çalışırlar. Ola bilər kimsə öz fəaliyyəti ilə buna təkan verə bilər. Lakin belə hadisələr hətta daş dövründə, eləcə də XVIII əsrdə də olub. Bu gün baş verənlərin qarşısını tam həcmdə almaq çətin məsələdir. Hər halda həm yerli, həm də xarici mütəxəssislər xüsusi layihənin üzərində işləyir və ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?