yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kəmaləddin Heydərovun şirkətində ancaq bu rayondan olan şəxslər işləyə bilər? (FOTO)

Kəmaləddin Heydərovun şirkətində ancaq bu rayondan olan şəxslər işləyə bilər? (FOTO)
7-09-2017, 12:37 86 715 dəfə baxılıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Milla” (“AZFP Co. LTD” MMC) şirkətində işçilər qanunsuz olaraq işdən çıxarılır.
Bu barədə daxil olan şikayətlərdə bildirilir ki, “AZFP Co. LTD” MMC-nin satış departamentinin müdiri Adil Məmmədzadə ilə şirkətin vitse-prezidenti Səbinə Hüseynova əlbir olaraq onların “tələb”lərinə əməl etməyən işçiləri işdən çıxarır. Belə ki, əslən Gədəbəy rayonundan olan Adil Məmmədzadə işdən çıxardığı işçilərin yerinə öz yerlilərini işə götürür. AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, şirkətin satış və nəqliyyat departamentində işləyənlərin böyük əksəriyyəti Gədəbəy rayonundan olanlar təşkil edir. Başqa rayondan olanlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmaqdadır. Adil Məmmədzadənin işsiz saxladığı şəxslərin bildirdiyinə görə, şirkətin nəqliyyat departamentinin işinə də faktiki olaraq Adil Məmmədzadə rəhbərlik etdiyindən sürücülərin işə götürülməsi və işdən çıxarılmasına şəxsən qərar verir.
İşdən çıxarılan sürücülər – Kamal Səfərov, Rauf Paşayev, Elxan Məmmədli, Orxan Cəfərov və Taleh Məmmədov göndərdikləri şikayətlərdə Adil Məmmədzadənin yerlilərini “Milla”da işlə təmin etməsinin səbəblərini də açıqlayıblar. Belə ki, Adil Məmmədzadə böyük maxinasiyalar həyata keçirdiyindən güvəndiyi qohumları və yerlilərini şirkətdə işlə təmin edir. İşə götürülən sürücülərin 500-1000 manat arası “hörmət” də etdiyi bildirilir. Bu işin Adil Məmmədzadənin rayondakı qohumlarının həyata keçirdiyi və işə götürüləcək adamların Gədəbəydə müəyyənləşdirilib Bakıya xəbər göndərildiyi də iddia olunur.
Bu ilin avqust ayının 25-də ixtisar adı ilə işdən çıxarılan Kamal Səfərov və sentyabr ayının 6-da işdən çıxmaq barədə ərizə yazdırılmağa məcbur edilən Rauf Paşayevin yerinə Gədəbəy rayonundan olan sürücülər işə götürülüb.
Ən maraqlısı isə budur ki, başqa şirkətlərlə müqayisədə “Milla”da, konkret satış və nəqliyyat departamentlərində CV işə yaramır. Yəni işə götürüləcək şəxslər Adil Məmmədzadənin qoyduğu şərtlər əsasında müəyyən edilir. Onun əsas şərtləri isə budur: dediklərinə şərtsiz əməl etmək və təhqirlərinə dözmək. Şikayətlərdə bildirilir ki, Adil Məmmədzadə işçilərlə həddindən artıq kobud rəftar edir və əksər işçiləri söyur.
Daxil olan məlumatlarda bildirilir ki, Adil Məmmədzadə qardaşı Azər, əmisi oğlu Rafiq, xalasıoğlu Ramin, yaxın qohumları Elvin və Vüsal adlı şəxsləri işə götürərək, onları yüksək maaş ayırtdırıb. Satış departamentinin rəhbərinin maxinisayaları da məhz yaxın adamları vasitəsi ilə həyata keçirdiyi məlumatlarda əksini tapıb (“Milla” şirkətində həyata keçirilən maxinasiyalarla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırdıqdan sonra, bu barədə geniş məlumat verəcəyik – red).
Şikayətlərdən görünür ki, “Milla” şirkətində Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. Belə ki, işdən çıxarılan Kamal Səfərova göndərilmiş məktubda bildirilir ki, onun iş yeri oktyabr ayının 24-də ixtisar olunacaq. Amma Kamal Səfərov avqust ayının sonunda işdən çıxarılıb. Və yalnız bir sürücünün ixtisar edilməsi də əsaslı şübhələr yaradır.
“Milla”dan qanuzsuz olaraq işdən uzaqlaşdırılan işçilər şirkət rəhbərliyinin baş verənlərdən xəbəri olmadığını bildirməklə yanaşı qeyd edirlər ki, onların AZFP Co. LTD” MMC-nin prezidenti ilə görüşünə imkan verilməyib. Buna şirkətin vitse-prezidenti Səbinə Hüseynovanın mane olduğu bildirilir…
Daxil olan məlumatları araşdırmaqda davam edirik. İşdən çıxarılan işçilərin səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday.Az
Kəmaləddin Heydərovun şirkətində ancaq bu rayondan olan şəxslər işləyə bilər? (FOTO)
Kəmaləddin Heydərovun şirkətində ancaq bu rayondan olan şəxslər işləyə bilər? (FOTO)
Kəmaləddin Heydərovun şirkətində ancaq bu rayondan olan şəxslər işləyə bilər? (FOTO)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ancaq, Heyderovun, FOTO, bu, shirketinde, biler, shexsler, rayondan, Kemaleddin, olan, ishleye
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ