SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Milla” qiymətləri yenə bahalaşdırdı-Foto

“Milla” qiymətləri yenə bahalaşdırdı-Foto

Tarix:

21-12-2017, 14:00

/ 5 954 dəfə oxundu.
“Milla” qiymətləri yenə bahalaşdırdı-Foto

“Milla” (“AZFP Co. LTD” MMC) şirkəti ağartı məhsullarının qiymətini yenidən qaldırıb.
AzEuroNews.com-un məlumatına görə, firmanın süd, xama, qatıq məhsulları bahalaşıb.
Hazırda “Milla”südləri 2 manat 10 qəpiyə qalxıb. Firmanın xamaları isə 1 manat 61 qəpik olub.
“Milla” qatıqları 2 manat, ayranlar 60 qəpikdir. Qiymət əsasən süd məhsullarında qeydə alınıb. Dünənə kimi 1 manat 70 qəpik olan “Milla” südləri indi 2 manat 10 qəpikdir.
Qeyd edək ki, “Milla” bu ilin sentyabrında işçiləri qanunsuz olaraq firmadan çıxarması ilə gündəmə gəlmişdi.
“AZFP Co. LTD” MMC-nin satış departamentinin müdiri Adil Məmmədzadə işdən çıxardığı işçilərin yerinə öz yerlilərini işə götürür.
Şirkətin şirkətin satış və nəqliyyat departamentində işləyənlərin böyük əksəriyyəti Gədəbəy rayonundan olanlar təşkil edir. Başqa rayondan olanlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmaqdadır.
Mətbuat yazmışdı ki, “Milla”nın maşınlarında baş şirkətin məhsulları da daşınır və buna görə əlavə pul alınır.
Həmçinin, “Milla”nın marketlərdəki soyuducularından da oxşar məqsədlər üçün istifadə olunur. Ən başlıcası isə satış nümayəndələrinə çatmalı olan faizlərə də göz dikilir və s.
Baş verənlərdən xəbəri olan və Adil Məmmədzadənin tələblərinə əməl etməyən işçilər işdən uzaqlaşdırılır.
Onların yerinə Adil Məmmədzadə tanış və yerlilərini işlə təmin etməklə rahat şəkildə maxinasiyalar həyata keçirir.
Təbii, əgər «Milla» Süd Emalı Zavodu monopolist mövqeyini bir kənara qoyub digər müəssisələrin də normal fəaliyyət göstərməsinə imkan verərsə, o zaman ölkədə süd və süd məhsullarının qiyməti xeyli aşağı düşər.
Lakin AZFP Co. LTD inhisarçı mövqeyini qoruman, daha çox gəlir əldə etmək məqsədilə buna imkan vermir. Bir sözlə, bu vəziyyət adıçəkilən şirkətə xeyir gətirsə də, istehlakçıların cibinə ciddi şəkildə zərər vurur»
Qeyd edək ki, “Milla”nın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.
“Milla” qiymətləri yenə bahalaşdırdı-Foto
“Milla” qiymətləri yenə bahalaşdırdı-Foto
“Milla” qiymətləri yenə bahalaşdırdı-Foto

Şərhlər

XƏBƏR LENTİ