SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kəmaləddin Heydərovun şirkəti Prezidentin tapşırıqlarına əməl etmir: Zavodun təcrübəli əməkdaşları işdən çıxarılır

Kəmaləddin Heydərovun şirkəti Prezidentin tapşırıqlarına əməl etmir: Zavodun təcrübəli əməkdaşları işdən çıxarılır

Tarix:

31-03-2020, 10:08

/ 1 961 dəfə oxundu.
Kəmaləddin Heydərovun şirkəti Prezidentin tapşırıqlarına əməl etmir: Zavodun təcrübəli əməkdaşları işdən çıxarılır

“Milla” süd zavodunun rəhbərliyi Prezident İlham Əliyev başda olmaqla hakimiyyət rəsmilərinin ölkədə elan olunan karantin vəziyətində işəgötürənlərin işçiləri işdən çıxarılmaması ilə bağlı tapşırıq və tövsiyələrinə əməl etmir. Artıq xəbər verdiyimiz kimi, “Milla”dan onlarla təcrübəli əməkdaşı işdən çıxarılmaqdadır.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, şirkətin direktoru Samir Şirinov, müavini Pərviz Hüseynzadə və logistika şöbəsinin müdiri İsmayıl Tanrıverdiyev əlbir olaraq, qohum-tanışlarını “Milla”da işə götürməkdədir.

Redaksiyamıza daxil olan məlumatlara görə, martın 30-da şirkətin kadrlar şöbəsi təcrübəli əməkdaşların yerinə onlarla yeni işçi qəbul edib. İşəgötürülmə prosesində logistika şöbəsinin müdiri İsmayıl Tanrıverdiyev də iştirak edib.
İşdən çıxarılmış işçilərin sözlərinə görə, “Milla”da yoxlamalar olsa zavod rəhbərliyinin etdiyi bütün maxinasiyalar üzə çıxacaq:

“Bizim işdən çıxarılmağımızın əsas səbəbi hüquqlarımızı tələb etməyimiz idi. Yeni rəhbərliyin işçiləri əlavə saatlarda işlədib pulunu verməməsinə, istirahət günlərində belə işə çağrılmağımıza etiraz edirdik. İsmayıl Tanrıverdiyev isə etiraz edənləri işdən çıxartmaqla hədələyirdi. “Milla”da fəhləsindən tutmuş satış təmsilçilərinə qədər hamını normadan artıq işlədirlər. Mart ayının əvvəlindən isə illərlə “Milla”da çalışanların işdən çıxarılmasına başlanıldı. Hətta Novruz bayramında işçilər üçün nəzərdə tutulmuş 100 manat bayram pulunu belə vermədilər. Həmçinin, işçilərin işə normal gedib-gəlməsini təmin etmək üçün illərlə mövcud olmuş xidməti də ləğv etdilər”.

İşçilərin sözlərinə görə, “Milla”da əmək münasibətləri Azərbaycanın qanunları ilə deyil, yeni rəhbərliyin şəxsi maraqları əsasında formalaşıb:

“Yeni rəhbərlik işəgötürülmə və işdənçıxarılma proseslərini merkantil maraqlar əsasında aparır”.

AzToday.az-a etdikləri şikayətlərdə “Gilan” Holdinq rəhbərliyindən “Milla”da yoxlamalar aparılmasını xahiş edən işçilər bildirir ki, üzləşdikləri özbaşınalıqlarla bağlı etirazlara başlamaq istəyir:

“Bizim “Gilan” rəhbərliyindən heç bir narazılığımız yoxdur. “Milla”da işlədiyimiz müddətdə həmişə “Gilan” rəhbərliyinin qayğısını üzərimizdə hiss etmişik. Buna görə, başda Nicat Heydərov olmaqla bütün holdinq rəhbərliyinə təşəkkür edirik. İnanırıq ki, üzləşdiyimiz özbaşınalığa da “Gilan” rəhbərliyi səssiz qalmayacaq. Onların şirkətdə baş verənlərdən dəqiq xəbərləri yoxdur. “Milla”nın yeni rəhbərliyinin özbaşınalıqları isə üzə çıxarmaq çox asandır. Elə yeni işə götürülənlərin kimliyini araşdırsalar, dediklərimiz təsdiqini tapacaq”.

Şirkətin də mövqeyini dərc etməyə hazırıq.
Kəmaləddin Heydərovun şirkəti Prezidentin tapşırıqlarına əməl etmir: Zavodun təcrübəli əməkdaşları işdən çıxarılır

Şərhlər

XƏBƏR LENTİ