XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kəmaləddin Heydərovun şirkətlərində kütləvi ixtisarlar başladı

Kəmaləddin Heydərovun şirkətlərində kütləvi ixtisarlar başladı

Kəmaləddin Heydərovun şirkətlərində kütləvi ixtisarlar başladı
26-12-2017, 14:49

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkətlərdə kütləvi ixtisarlar başlayıb.
Daxil olan məlumatlara görə, “Gilan” Holdinqə daxil olan əksər istehsal müəssisələri və tikinti şirkətləri fəaliyyətini dayandırıb və ya işçiləri kütləvi ixtisar edib. Belə ki, “Gilan” Holdinqə faktiki rəhbərlik edən Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun şirkətlərdə apardığı yoxlamalardan sonra belə bir qərar verilib.
“Gilan” Holdinqə daxil olan şirkətlərin fəaliyyətinin dayandırılması və kütləvi ixtisarlarının aparılmasının səbəbləri ilə bağlı danışan məlumatlı mənbənin sözlərinə görə, aparılan yoxlamalardan sonra şirkətlərin idarə olunmasında böyük problemlər müəyyənləşdirilib. Məsələn, “Gilan”-a daxil olan və kütləvi ixtisarlar aparılan elə şirkətlər var ki, fəaliyyət göstərdiyi sektorda böyük bazar payına sahibdir. Belə şirkətlərdən biri də “Milla” (“AZFP Co. LTD” MMC)dır. Sud məhsulları bazarında şəriksiz lider olmasına və xaricə məhsul ixrac etməsinə baxmayaraq şirkət rəsmiyyətdə mənfəətlə işləmirmiş…
Daxil olan məlumata görə, “Milla”da yüzlərlə şəxs işdən çıxarılıb. Şirkətin direktoru başda olmaqla əksər rəhbər şəxslər işdən uzaqlaşdırılıb. Məlumatda deyilir ki, Tale Heydərovun “Milla”da apardığı yoxlamalar nəticəsində böyük mənimsəmə faktları ortaya çıxıb.
Maraqlısı odur ki, Tale Heydərov atasının biznesini idarə etməyə başlayan kimi bütün şirkətlərin maliyyə vəziyyətini araşdırıb. Yoxlama aparılan qurumlar arasında Kəmaləddin Heydərovun nəzarətində olan media orqanları da olub. Məlumata görə, yoxlamalardan sonra sözügedən media orqanlarına ayrılan vəsait iki dəfə aşağı salınıb.

Tendensiya.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.