yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gəncə təhsilində böhranlı mənzərə - ŞİKAYƏT

Gəncə təhsilində böhranlı mənzərə - ŞİKAYƏT
16-07-2017, 23:03 49 845 dəfə baxılıb
yüklənir...

Redaksiyamıza Gəncə şəhəri 10 saylı orta məktəbi barədə bir qrup müəllim adından şikayət ərizəsi ünvanlanıb. Məktubu kiçik redaktələrlə diqqətinizə çatdırırıq:

Hörmətli redaksiya , aidiyyəti orqanlara dəfələrlə müraciət olunmağına baxmayaraq
heç bir tədbir görülmür ,çox xahiş edirik ki, bunu saytınızda dərc edəsiniz və surətini
müvafiq dövlət orqanlarına göndərəsiniz.

Gəncə şəhəri,10 saylı məktəbin bir qrup müəllimi tərəfindən müraciət
Bir neçə vaxtdır ki,adı kütləvi informasiya vasitələrində davamlı olaraq mənfi mənada hallandırılan Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı xəstəxanalıq etdi… Buna səbəb bu müavinin direktor Arzu Əliyevanın çirkin əməllərinə dəstək verməməsi olub. Vəziyyət o yerə çatıb ki, müavin Rəna İsmayılova iş otağında yüksək təzyiq keçirmiş, vəziyyəti ağırlaşmış və bu gün günorta saatlarında məktəbə bir-birinin ardınca dərhal təcili tibbi yardım maşını çağırılmışdır və Rəna İsmayılova hal-hazırda ambulator müalicə altındadır.
Bəli, bu özündən razı direktorun məktəbdə etmədiyi biabırçılıq qalmayıb. Niyə??? Çünki, güc strukturları, aidiyyəti orqanlar Təhsil Nazirliyi səviyyəsində hələlik, buna göz yumur.
Direktor Arzu Əliyeva isə hal-hazırda özünü Təhsil Nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edərək hamıya aşkar şəkildə direktor seçilərkən keçirilən müsabiqədə ona Mətin Eynullayevin kömək etdiyini belə bildirməkdən çəkinmir.Mətin Eynullayevin onlarla ailəvi yaxın olduğunu, Mətin Eynullayevlə bir evli kimi olduğunu hamıya tez-tez deməkdən ləzzət alır.Sanki bu direktorun psixoloji problemləri var.Tez-tez koridora çıxıb telefonla uzun -uzadı danışır və müəllimlər otağına gəlib cənab nazir Mikayıl Cabbarovla danışdığını bildirir.”Kim mənə nə edə bilər, məni bir başa Mətin Eynullayev himayə edir, axşam da ailəlikcə ailəvi istirahət mərkəzində bir yerdə idik” deyir.
Bu günlərdə Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş, nəticədə onunla əlbəyəxa olmuşdur.” Sən məni tanımırsan, mənə dəli ceyran deyərlər” deyə öyünmüşdür. Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır.
Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır, ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir…
Bəzi işçilər vardır ki, məsələn Təhminə Əliqızı, Xəyalə, Təranə və Nigar xanım adı işdə olsa da bu adamları məktəbdə görən olmayıb, çünki bunların maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından(????) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir, həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar. Bu məsələ mətbuatda işıqlandırılandan sonra bu dərslərin başqa sahibləri də meydana çıxıb, məlum olub ki, eyni bir dərsi müxtəlif adamlara verməklə maliyyə pozğunluğu yaradılıb .
Bundan başqa məktəbin 90 nəfərə yaxın müəllimindən hər birindən abunə pulu adı ilə 12 manatdan pul yığmış, bu pulun 300 manatını abunəyə keçirtmiş və qalan hissəsini isə özü mənimsəmişdir.
Arzu Əliyeva adını çəkmək istəmədiyimiz özünü jurnalist kimi təqdim edən bir xanıma (amma, əslində bu adam jurnalist deyil) 500 manat pul verib özü haqqında bir nömrədən ibarət bir qəzetdə material yazdırıb, onu həm müəllimlər otağında stolların üstə qoyub müəllimlərə oxutdurur, həm də ksereks edib məktəbin şagirdlərinə paylayır ki,oxuyun görün mənim haqqımda qəzetdə müsbət bir məqalə yazılıb. Bütün günü dərs otaqlarına girib sinif rəhbərlərinə həmin cəmi bir nüsxədən və bir nömrədən ibarət olan daha çox sovet dövrlərinin fotomontajını xatırladan həmin qəzetdə dərc olunan məqalənin müzakirəsini keçirtdirir. Amma bizim fikrimizcə, orta məktəblərdə gənc nəsilə elm öyrədilməlidir.

Cəmiyyətin bu qədər problemləri arasında ,təhsil işçisinin də bir yandan özbaşınalığına şahiddir, bu gün Gəncə!…
Gələcəyimiz olan gənclərin təhsil aldığı elm ocağı bax bu haldadır. Hər kəs də buna göz yumur…..
Hörmətlə, Gəncə şəhər, 10 saylı məktəbin bir qrup müəllimi
Elçi.az
P.S. Redaksiya olaraq adıçəkilən hər kəsin söz haqqını tanıyırıq və cavab məktubları olarsa ishıqlandırmağa hazırıq!


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ShKAYET, tehsilinde, , Gence, bohranli, menzere
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ