XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Gəncədə ara qarışdı: Nazir müavininin adamı işçisini xəstəxanalıq etdi

Gəncədə ara qarışdı: Nazir müavininin adamı işçisini xəstəxanalıq etdi

Gəncədə ara qarışdı: Nazir müavininin adamı işçisini xəstəxanalıq etdi
9-02-2017, 00:15

Gəncənin 10 saylı məktəbinin bir qrup müəllimi yenidən müraciət edib. Müraciətdə deyilir ki, məktəbin direktoru Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı xəstəxanalıq edib.

“Buna səbəb bu müavinin direktor Arzu Əliyevanın çirkin əməllərinə dəstək verməməsi olub. Vəziyyət o yerə çatıb ki, müavin Rəna İsmayılova iş otağında yüksək təzyiq keçirib.

Vəziyyəti ağırlaşmış və dərhal təcili tibbi yardım maşını çağırılmışdır. Rəna İsmayılova ambulator müalicə altındadır. Təhsil Nazirliyi hələlik buna göz yumur.

Direktor Arzu Əliyeva təhsil nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edir. Direktor seçilərkən keçirilən müsabiqədə ona Mətin Eynullayevin kömək etdiyini belə bildirməkdən çəkinmir.

Mətin Eynullayevin onlarla ailəvi yaxın olduğunu, Mətin Eynullayevlə bir evli kimi olduğunu hamıya tez-tez deməkdən ləzzət alır. Sanki bu direktorun psixoloji problemləri var. Tez-tez koridora çıxıb telefonla uzun-uzadı danışır və müəllimlər otağına gəlib cənab nazir Mikayıl Cabbarovla danışdığını bildirir”, - deyə müəllimlər bildirib.

xalqxeber.az-a göndərilən məktubda yazılıb: “Bu günlərdə Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş, nəticədə onunla əlbəyəxa olmuşdur.

"Sən məni tanımırsan ,mənə dəli ceyran deyərlər" deyə öyünmüşdür. Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır.

Məktəbdə rüşvət ayaq tutub yeriyir. Bəzi işçilər vardır ki, məsələn Təhminə Əliqızı, Xəyalə, Təranə və Nigar xanım adı işdə olsa da bu adamları məktəbdə görən olmayıb, çünki bunların maaş kartı direktor Arzu Əliyevadadır.

Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından(?) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir. Həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar.

Bundan başqa məktəbin 90 nəfərə yaxın müəllimindən hər birindən abunə pulu adı ilə 12 manatdan pul yığmış, bu pulun 300 manatını abunəyə keçirtmiş və qalan hissəsini isə özü mənimsəmişdir.

Arzu Əliyeva adını çəkmək istəmədiyimiz özünü jurnalist kimi təqdim edən bir xanıma (amma, əslində bu adam jurnalist deyil) 500 manat pul verib özü haqqında bir nömrədən ibarət bir qəzetdə material yazdırıb.

Onu həm müəllimlər otağında stolların üstə qoyub müəllimlərə oxutdurur, həm də ksereks edib məktəbin şagirdlərinə paylayır ki,oxuyun görün mənim haqqımda qəzetdə müsbət bir məqalə yazılıb”.

Qarşı tərəfi dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.