SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ənvər Seyidəliyev sosial böhrana rəvac verir -VİDEO

Ənvər Seyidəliyev sosial böhrana rəvac verir -VİDEO

Tarix:

15-02-2019, 10:37

/ 1 118 dəfə oxundu.
Ənvər Seyidəliyev sosial böhrana rəvac verir -VİDEO

Ölkə mətbuatı Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin və onun idarə etdiyi cinayətkar qrup Ağsuda və ətraf rayonlarda, Bakı şəhərində dövlət idarəetmə orqanlarında aparıcı vəzifələri zəbt etmələri, korrupsiyaya qurşanmaları barədə dəfələrlə araşdırmalar aparmışdır.

Araşdırmalar nəticəsində bir sıra ilginc məqamlar ortaya çıxmışdır.

Ənvər Seyidəliyevin doğma bacısı oğlu sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla və sabiq Nəqliyyat Naziri Ziya Məmmədovla biznes ortaqı olması, onların vasitəsi ilə özünün və yaxın ətrafının cinayət xarakterli fəaliyyətlərinin ört-basdır edilməsindən ötrü keçmiş MTN şefi Eldar Mahmudovla əlaqələr qurması artıq gündəmdədir.

Eldar Mahmudov vaxtılə yüksək vəzifə səlahiyyətlərindən istifadə edərək Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyevin və qohumu Xəzər Müslümovun cinayət məsuliyyətinə cəlb edilməmələri üçün göstəriş vermişdir.

Bəzi məlumatlara görə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Xəzər Müslümovdan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edərək götürmüşlər. Ənvər Seyidəliyev onun cinayət məsuliyyətindən yayındırılması üçün Eldar Mahmudovla görüşmüşdür.

Qeyd edək ki, Xəzər Müslümov İsmayıllı rayon Maliyyə İdarəsinin rəisi Nadim Müslümovun oğlu və Səlim Müslümovun qardaşı oğludur.

Bundan başqa, 7GUN.az Ənvər Seyidəliyevin qardaşı oğlu Prokurorluq orqanlarında işləyən Fariz Seyidəliyevlə də bağlı çox ciddi məlumatlara malikdir. Fariz Seyidəliyevin fəaliyyəti barədə əlavə araşdırmalar aparıb ictimaiyyətə çatdıracağıq.

Ənvər Seyidəliyevin İcra Hakimiyyətinin Başçısı kimi törətdiyi saysız-hesabsız qanunsuz əməlləri barədə Prezident Administrasiyasına, hüquq mühafizə orqanlarına yüzlərlə şikayət və müraciətlər daxil olur.

Lakin Ənvər Seyidəliyevin və daxil olduğu korrupsioner qrupun cinayətlərinə hüquqi qiymət verilməsi istiqamətində heç bir tədbir həyata keçirilmir.

Ağsu rayonunda gəzən söhbətlərə görə Ənvər Seyidəliyev yaxın ətrafına bildirib ki, Prezident
Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin müdiri Süleyman İsmaylov Ağsu rayonundan göndərilən şikayət ərizələrinin və müraciətlərin zərərsizləşməsi üçün lazım olan tədbirləri həyata keçirir.

Rayon sakinlərinin sözlərinə görə məhz bu səbəbdən Prezident İlham Əliyev Ənvər Seyidəliyevin və yaxın ətrafının qanunsuz əməllərinə qiymət verə bilmir.

Ağsu rayonu sosial partlayış həddindədir, əhalinin hakimiyyətə qarşı narazılığı gündən-günə artır.

Ənvər Seyidəliyev Ağsuda yaşayan əhali ilə hakimiyyət arasında narazılığların daha da artmasına rəvac verir.

Araşdırmaları davam etdirəcəyikk.

7GUN.az

Şərhlər

XƏBƏR LENTİ