Keçmiş icra başçısının oğlu "Şərurlu İsfəndiyar"a qarşı - Əmlak davası (FOTO)
Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova məxsus "Şərur” Mənzil-Tikinti Kooperativindən (MTK) əmlak tələb edir.
Xalqxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, keçmiş icra başçısının oğlu bu məqsədlə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi Dəyanət Seyidəliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Artıq iş üzrə hakim təyin edilib. Dəyanət Seyidəliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.
İşin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.
Dəyanət Seyidəliyev
"Şərur” MTK 24 aprel 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 148 788.20 AZN-dir. İsfəndiyar Axundovun şirkəti Azərbaycanın tikinti bazarında əsas oyunçulardan biridir.
Dəyanət Seyidəliyevin atası Ənvər Seyidəliyev 2007-2019-cu illərdə Ağsunun icra başçısı olub. O, hazırda təqaüddədir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...