yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yevlax icra hakimiyyəti köçkünlərə qarşı... - Kəlbəcərli köçkünlər prezidentdən kömək istəyir

Yevlax icra hakimiyyəti köçkünlərə qarşı... - Kəlbəcərli köçkünlər prezidentdən kömək istəyir
18-08-2017, 14:59 141 695 dəfə baxılıb
yüklənir...

Yevlax şəhəri ərazisində Kəlbəcərdən məcburi köçkün olan təxminən, 40 ailə məskunlaşıb. 1993-cü ildən indiyədək “Qarabağ” Su Kanalının yaxınlığında və “Şirinbulaq” deyilən ərazidə bu məcburi köçkünlərin qışlağı var. Əsasən maldarlıq və qoyunçuluqla məşğul olan kəlbəcərli məcburi köçkünlər 20 ildən çoxdur ki, burada təsərrüfatla məşğul olurlar.
Bu günlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri qışlağa gələrək heç bir alternativ təklif etmədən tələb ediblər ki, məcburi köçkünlər ərazini boşaltsınlar.
Bu haqda məmur özbaşınalığından cana doyan kəlbəcərli məcburi köçkünlər məlumat verib.
Onlar bildiriblər ki, baxmayaraq ki, hər kəsin öhdəsində müxtəlif sayda mal-qoyun var, lakin Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri kəlbəcərli köçkünlərə təsərrüfatlarını köçürmək üçün ərazi təklif etmədən qışlağı könüllü tərk etmələrini təkid edirlər: “Onlar köçkünlərin haqlı etirazına məhəl qoymadan kəbəcərlilərin istifadəsində olan tikililəri buldozer və ağır texnikanın köməyi ilə dağıdıblar. 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qışlağın ərazisində icra hakimiyyəti aqropark salınacağını deyir. Onlar hətta bunun dövlət layihəsi olduğunu da iddia edirlər”.
Məcburi köçkünlərin sözlərinə görə, bu Yevlax şəhər icra başçısının şəxsi göstərişi olduğundan yerli hakimiyyət orqanlarına müraciət də edə bilmirlər. Buna görə də kəlbəcərlilər son çarəni kimi mətbuat vasitəsiylə prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib kömək istəyirlər. Köçkünlər qeyd ediblər ki, əslində ortada heç bir dövlət layihəsi yoxdur, hansısa nüfuzlu məmur şəxsi məqsədləri üçün qışlaqda özünə təsərrüfat yaradır. “Heç bir dövlət layihəsindən söhbət belə getmir. Belə olsaydı, dövlət öz köçkün vətəndaşını ortada qoymazdı. Yəni dövlət müvafiq qanunauyğunluqlara əsasən köçkünlərə alternativ ərazi təklif edərdi. Biz öz rifahımızı özümüz yaxşılaşdırırıq. Təsərrüfatlarımızda hər kəsin ən azı 100 heyvanı var. Bəs biz hara sığınmalıyıq?”-, deyə onlar bildiriblər.

Gununsesi.info
Yevlax icra hakimiyyəti köçkünlərə qarşı... - Kəlbəcərli köçkünlər prezidentdən kömək istəyir
Yevlax icra hakimiyyəti köçkünlərə qarşı... - Kəlbəcərli köçkünlər prezidentdən kömək istəyir


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qarshi, kochkunlere, isteyir, , prezidentden, hakimiyyeti, kochkunler, Yevlax, icra, Kelbecerli, komek
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ