yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əflatun Amaşovdan övladını satan ataya sərt reaksiya - Hansı ağıllı insan öz övladını sata bilər?

Əflatun Amaşovdan övladını satan ataya sərt reaksiya - Hansı ağıllı insan öz övladını sata bilər?
28-12-2017, 14:22 126 dəfə baxılıb

"Atanın öz övladını satması xəbəri düzgün araşdırılmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov qeyd edib ki, ən azı ona görə ki, hansı ağıllı valideyn öz övladını sata bilər? Həmin şəxs ciddi psixoloji müayinədən keçməlidir. Ola bilər ki, həmin insanda ciddi psixoloji problemlər var. Bu cür hadisələr quldarlıq dövründə baş verirdi. Qullar satılırdı. Bunun arxasında başqa qüvvələr də ola bilər. Yəni cəmiyyəti gözdən salıb göstərmək istəyirlər ki, guya insanlar yaşaya bilmədiyinə görə övladını satır. Bu insan kimisə də şantaj da edə bilər. Bununla da əlbəttə adiyyəti qurumlar məşğul olmalıdır.
Əflatun Amaşov vurğulayıb ki, media bu xəbəri işıqlandıran zaman çox diqqətli olmalıdır. "Çünki hər gün bir valideyn övladını satışa çıxarmır. Bu hadisə şişirilib ümumiləşdirilməməlidir. Hər şeyi cəmiyyətin boynuna atıb insanlar yaşaya bilmədiyi üçün övladlarını satır kimi qələmə vermək də düzgün deyil. Ümumiyyətlə özünü ciddi hesab edən heç bir mətbuat orqanı bu cür xəbərlərə çox yer vermir. Ümumiyyətlə elə hadisələr mətbuatda işıq üzü görməlidir ki, cəmiyyət üçün xeyiri olsun. İntihar, kriminal hadisələr ölçülüb biçilməlidir. Yəni hansı xəbərlər cəmiyyət üçün faydalıdır".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sata, Eflatun, ovladini, sert, , insan, biler, satan, Hansi, oz, Amashovdan, agilli, ataya, ovladini, reaksiya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ