Əflatun Amaşovdan övladını satan ataya sərt reaksiya - Hansı ağıllı insan öz övladını sata bilər?

Əflatun Amaşovdan övladını satan ataya sərt reaksiya - Hansı ağıllı insan öz övladını sata bilər? "Atanın öz övladını satması xəbəri düzgün araşdırılmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov qeyd edib ki, ən azı ona görə ki, hansı ağıllı valideyn öz övladını sata bilər? Həmin şəxs ciddi psixoloji müayinədən keçməlidir. Ola bilər ki, həmin insanda ciddi psixoloji problemlər var. Bu cür hadisələr quldarlıq dövründə baş verirdi. Qullar satılırdı. Bunun arxasında başqa qüvvələr də ola bilər. Yəni cəmiyyəti gözdən salıb göstərmək istəyirlər ki, guya insanlar yaşaya bilmədiyinə görə övladını satır. Bu insan kimisə də şantaj da edə bilər. Bununla da əlbəttə adiyyəti qurumlar məşğul olmalıdır.
Əflatun Amaşov vurğulayıb ki, media bu xəbəri işıqlandıran zaman çox diqqətli olmalıdır. "Çünki hər gün bir valideyn övladını satışa çıxarmır. Bu hadisə şişirilib ümumiləşdirilməməlidir. Hər şeyi cəmiyyətin boynuna atıb insanlar yaşaya bilmədiyi üçün övladlarını satır kimi qələmə vermək də düzgün deyil. Ümumiyyətlə özünü ciddi hesab edən heç bir mətbuat orqanı bu cür xəbərlərə çox yer vermir. Ümumiyyətlə elə hadisələr mətbuatda işıq üzü görməlidir ki, cəmiyyət üçün xeyiri olsun. İntihar, kriminal hadisələr ölçülüb biçilməlidir. Yəni hansı xəbərlər cəmiyyət üçün faydalıdır".
Geri qayıt