Jurnalistlərə tövsiyə edirk ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar - Əflatun Amaşov
Son zamanlar mediada intiharlarla bağlı çox saylı yazılar gedir.
Bunu açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O qeyd edib ki, belə cür xəbərlərə həssas yanaşmaq lazımdır: “Bu qanunvericilikdə də təsdiqlənir. Hətta son dövrlərdə parlamentdə internet saytları ilə bağlı qəbul olunan qanunda da birmənalı olaraq qeyd edilib ki, cəmiyyəti təşvişə salacaq neqativ hallarla bağlı yazıları vermək düzgün deyil”.
Əflatun Amaşov vurğulayıb ki, elə bir şərait yarana bilər ki, hər hansı bir insan intihar barədə düşünər: “Belə hallarda televiziyada, qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə bu cür xəbərlər gördükdə həmin insanda intihara cəhd hissi güclənə bilər. Təbii ki, hər kəs problemdən çıxış yolunu gördüyü, eşitdiyi informasiya əsasında axtarır. Əlbəttə ki, bu cür ehtiyyatsiz məlumatlar da insanları intihara aparıb çıxıarır.
Azərbaycan Mətbuat Şurası olaraq media nümayəndələrinə tövsiyə edirk ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar, soyuqanlı yanaşsınlar. Hadisə baş verirsə, təbii ki, bu cəmiyyətə çatdırılmalıdır. Ancaq çatdırılma formasını seçərkən kifayyət qədər ehtiyatlı olmaq lazımdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək