SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ermənistandan kritik açıqlama: “Hazır olmalıyıq, qisas...”

Ermənistandan kritik açıqlama: “Hazır olmalıyıq, qisas...”

Tarix:

11-12-2023, 16:05

/ 226 dəfə oxundu.
Ermənistandan kritik açıqlama: “Hazır olmalıyıq, qisas...”

 Düşünürəm ki, sülh müqaviləsi heç bir revanşın olmayacağı ilə bağlıdır. Əgər bəzi qisaslar olacaqsa, onda hansı sülh müqaviləsindən danışmaq olar?

Bunu Ermənistan parlamentinin komitə sədri Gevorq Papoyan deyib.

“Əgər Ermənistanı uzun müddət gücləndirmək, burada uzun müddət dövlətçiliyə sahib olmaq istəyiriksə, o zaman o yol birbaşa qonşularla dialoqdan keçir. Sülh müqaviləsinə bizim ehtiyacımız olduğu kimi onların da ehtiyacı var. Mənə görə, bu müqavilə davamlı sülh haqqındadır.

Müqavilə imzalanandan sonra mən Cənubi Qafqazda elə bir mühit təsəvvür edirəm ki, bu, təkcə bütün səviyyələrdə inteqrasiya və sülh deyil, həm də iqtisadi əlaqələrin inkişafına, rifahına, həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq”, - deputat bildirib.

Papoyan etiraf edib ki, Azərbaycana qarşı revanşizm Ermənistanın sonu olardı.

Erməni deputat ad çəkmədən Rusiyanın ünvanına ittihamlar da səsləndirib:

“Əgər Ermənistan revanş oyununa hazırlaşdığını bəyan edərsə, bu, Ermənistan olmamağın birbaşa yolu olardı. Ermənistanda bu cür əhval-ruhiyyəni, bu cür lüğəti qızışdıran xarici qüvvələr olacaq, çünki Ermənistanın mövcudluğu o qüvvələrə lazım deyil. Başqasının əli ilə şabalıdı oddan çıxarmaq siyasəti o qüvvələr üçün çox məntiqlidir, biz üçüncü dövlətlərin əlində alətə çevrilməməliyik”.

Deputat yenə də ad çəkmədən Rusiyanın erməniləri müharibədə tək qoyduğunu söyləyib.

Papoyan əlavə edib ki, sülh müqaviləsinə imza atmağa hazırlaşarkən revanş haqda düşünmək məntiqsizlikdir, qisas barədə düşünən insanlar sülh müqaviləsi imzalaya bilməzlər.

Onun sözlərinə görə, sülhün son nöqtəsi sərhədlərin delimitasiyası və demarkasiyası, sərhəddə əsgərlərin yox, sərhədçilərin dayanması olacaq, eləcə də qarşılıqlı əlaqələrin bərpası və sair.

“Bütün bunlar baş verməsə, sülh olmayacaq. Ermənistan və Azərbaycan vətəndaşları sülhə hazır olmalıdır”, - Papoyan vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ