SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bu ölkə hərbçilərinə Azərbaycana gəlməyi qadağan etdi

Bu ölkə hərbçilərinə Azərbaycana gəlməyi qadağan etdi

Tarix:

5-12-2023, 09:20

/ 300 dəfə oxundu.
Bu ölkə hərbçilərinə Azərbaycana gəlməyi qadağan etdi

Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb.

Bu barədə LRT məlumat yayıb.

Bildirilib ki, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova və Dnestryanı bölgənin dost olmayan ölkələr siyahısına daxil edilməsi təklif edilib.

Sərəncama əsasən, hərbi qulluqçular, həmçinin, Xarici İşlər Nazirliyinin getməməyi tövsiyə etdiyi və ya dərhal tərk etməyi tövsiyə etdiyi ölkələrə gedə bilməyəcəklər. Bundan əlavə, sənəddə orduda xidmət edən vətəndaşlara hansı hallarda bu dövlətlərə səfər etmək icazəsi verilə biləcəyi müəyyən edilməlidir.

Dəyişikliklərin 2024-cü ilin yanvarında qüvvəyə minməsi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ