SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Gəlib qızlarımıza dəstək olsunlar" - Baş məşqçi

"Gəlib qızlarımıza dəstək olsunlar" - Baş məşqçi

Tarix:

2-12-2023, 09:28

/ 306 dəfə oxundu.
"Gəlib qızlarımıza dəstək olsunlar" - Baş məşqçi

"Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm. Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq". 
Bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar” - deyə baş məşqçi açıqlayıb. 

Qeyd edək ki, bu qələbə xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Şərhlər

XƏBƏR LENTİ