Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm
“Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim”.
Bu sözləri Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən boksçumuz həlledici görüşə rahat çıxdığını söyləyib:
“Dörd döyüş keçirdim. Erməni idmançı ilə qarşılaşmamışdan öncə özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm və bu səbəbdən də ona asanlıqla qalib gəldim. Sevinirəm ki, buna nail oldum”.
İkiqat qitə çempionu bu qalibiyyətə görə baş məşqçilərinə və federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək, Azərbaycan yığması Avropa çempionatını beş medalla başa vurub. Milli komanda bir qızıl, bir gümüş və üç bürünc mükafata yiyələnib.(“Report”)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır