İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb
Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Millətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.
AzadMedia.az reporta istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.
Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı.
Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır