SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi

Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi

Tarix:

5-11-2023, 12:00

/ 322 dəfə oxundu.
Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib.

O, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib.

“İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycanın 10 milyon əhalisi var, Ermənistanın isə deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil – Ermənistanda maksimum 2 milyon insan var. Azərbaycan iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir”, - Patruşev Rusiya Forumu çərçivəsində keçirilən “Bilik” cəmiyyətinin marafonunda deyib.

Qeyd edək ki, ermənilər bu müqayisəni Ermənistanın aşağılanması kimi qəbul ediblər.

Şərhlər

XƏBƏR LENTİ