XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Nikolay Patruşev Mədət Quliyevlə görüşdü

Nikolay Patruşev Mədət Quliyevlə görüşdü

Nikolay Patruşev Mədət Quliyevlə görüşdü
11-04-2017, 13:40

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev Bakıya səfərinin yekununda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə də görüş keçirib
Bu görüş barədə DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsi rəsmi məlumat yayıb. Məlumatda deyilir ki
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-leytenant Mədət Quliyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev xalqlarımızın tərəqqisi naminə Rusiya və Azərbaycan dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.