SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Yaponiya HƏMAS üzvlərinə sanksiya tətbiq etdi

Yaponiya HƏMAS üzvlərinə sanksiya tətbiq etdi

Tarix:

31-10-2023, 10:59

/ 477 dəfə oxundu.
Yaponiya HƏMAS üzvlərinə sanksiya tətbiq etdi

 Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Yaponiya Fələstin silahlı qruplaşmasının üzvlərinə və onlarla əlaqəli şirkətlərə qarşı ilk dəfə sanksiyalar tətbiq edib.

Bu barədə "Kyodo" nəşri məlumat yayıb.

"HƏMAS-ı maliyyələşdirməyə kömək edən 9 şəxs və onların şirkətləri sanksiyaya məruz qalıb. Bu fiziki və hüquqi şəxslərin Yaponiyadakı aktivləri dondurulacaq və onlardan istifadəsi qadağan ediləcək", - məlumatda deyilir. 

Şərhlər

XƏBƏR LENTİ