SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İsrail onu “öz əlləri ilə” sərbəst buraxdı... - HƏMAS lideri kimdir?

İsrail onu “öz əlləri ilə” sərbəst buraxdı... - HƏMAS lideri kimdir?

Tarix:

16-10-2023, 21:13

/ 398 dəfə oxundu.
İsrail onu “öz əlləri ilə” sərbəst buraxdı... - HƏMAS lideri kimdir?

HƏMAS-ın son illərdə İsrailə qarşı ən böyük hücumundan sonra Yaxın Şərq müharibə ocağına çevrilib. Bölgədə münaqişələrin sürətləndiyi vaxtda gözlər HƏMAS-ın “2 nömrəsi”ndə.

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin “öz əlləri ilə” azad etdiyi HƏMAS-ın lideri sayılan Yəhya Sinvar “dövlət düşməni” elan edilib. Yəhya Sinvar İsrail ordusunun axtarışda olanlar siyahısında birinci yerdədir.

Bəs Yəhya Sinvar kimdir?

Sinvar 1962-ci ildə vaxtı ilə Misirin nəzarətində olan Qəzzanın cənubundakı Xan-Yunisdə anadan olub və burada böyüyüb. (Məhz buna görə İsrail ona “ Xan-Yunis qəssabı” deyir). İlk dəfə 1982-ci ildə tutulan Sinvar ömrünün 24 ilini həbsdə keçirib.

Sinvar Fələstin hərəkatı içindəki İsrail casuslarını hədəf alan birlik yaradıb. 1987-ci ildə HƏMAS-ın qurulmasından sonra bu birlik təşkilat içində fəaliyyətini davam etdirməyə başlayıb. 1988-ci ildə Sinvar iki İsrail əsgərinin və İsrailə işləməkdə şübhəli bilinən dörd fələstinlinin qətlində iştirak etdiyinə görə yenidən həbs edilib və ömürlük həbs cəzasına məhkum olunub.

2006-cı ildə HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” qazdığı tunel vasitəsilə İsrail ərazisinə keçərək ordu postuna hücum edir. Hücumda iki İsrail əsgəri həlak olur, Gilad Şalit adlı əsgər isə əsir götürülür. Bundan sonra Şalit beş il əsirlikdə qalır.

İsrail onu “öz əlləri ilə” sərbəst buraxdı... - HƏMAS lideri kimdir?

İsrail Şalitin azad olunması üçün onu azad edir...

2011-ci ildə İsrail Şalitin azad edilməsi üçün 1027 məhbusu azad edir. Onlardan biri Sinvar idi. Bundan sonra Sinvar HƏMAS-ın hərbi qanadının sıralarında sürətlə yüksəlir. O, 2015-ci ildə ABŞ-nin beynəlxalq axtarışa verdiyi terrorçular siyahısına salınır və 2017-ci ildə Qəzzada HƏMAS-ın rəhbəri olur.

Sinvar HƏMAS rəhbərliyində təşkilatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyədən sonra 2-ci şəxsdir. Sürgündə olan Haniyə ilə Sinvar Qəzzanın faktiki “hökmdarları”dır.

Alovlu çıxışları ilə tanınan Sinvar HƏMAS daxilində də sərt siyasəti ilə məşhurdur. Bunun ən bariz nümunəsi kimi 2015-ci ildə mənimsəməkdə ittiham olunan HƏMAS komandiri Mahmud Ştivinin öldürülməsi göstərilir.

“İsrail onu bağışlamaz”

İsrail keçən həftəki hücumları planlaşdıranlar arasında Sinvarın da adını çəkir. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hext bildirib ki, Sinvar şərin üzüdür: “O, Usamə bin Laden kimi terrorçudur və hücumun arxasında duran təşkilatçıdır”.

İsrailin Sinvara aman verməyəcəyini deyən Hextin sözlərinə görə, Sinvar bir çox fələstinlinin də qatilidir: “Bu adam və onun bütün komandası bizim diqqətimizdədir. Biz o adama çatacağıq”.

Şərhlər

XƏBƏR LENTİ