SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putin doğum gününü Qazaxıstan və Özbəkistan liderləri ilə qeyd etməsindən danışıb

Putin doğum gününü Qazaxıstan və Özbəkistan liderləri ilə qeyd etməsindən danışıb

Tarix:

14-10-2023, 08:45

/ 369 dəfə oxundu.
Putin doğum gününü Qazaxıstan və Özbəkistan liderləri ilə qeyd etməsindən danışıb

Rusiya Prezidenti Vladimir Putin doğum gününü Qazaxıstan və Özbəkistan liderləri ilə qeyd etməsindən danışıb.
Rusiya prezidenti qeyd edib ki, oktyabrın 7-də rəsmi tədbirlərdən sonra onların üçü Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə “bir yerdə oturublar”.

Bu gün dövlət başçıları birlikdə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinə başlayıblar. Onlar mərasimə Rusiya liderinin Moskva yaxınlığındakı iqamətgahından qatılıblar. Vladimir Putin qeyd edib ki, mərasim onun ad gününə planlaşdırılmayıb. “Təsadüfən belə alınıb”, - deyə dövlət başçısı vurğulayıb.

Oktyabrın 7-də Vladimir Putinin 71 yaşı tamam oldu.

Şərhlər

XƏBƏR LENTİ