SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başladı - YENİLƏNIB

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başladı - YENİLƏNIB

Tarix:

26-12-2022, 17:40

/ 575 dəfə oxundu.
MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başladı - YENİLƏNIB

 
Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

***16:48

Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

Toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Zirvə toplantısında həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.

Vladimir Putin dövlət başçılarını qarşılayıb.

Daha sonra iclas başlayıb.

Şərhlər

XƏBƏR LENTİ