SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ rus diplomatlarını ölkədən çıxardı

ABŞ rus diplomatlarını ölkədən çıxardı

Tarix:

7-10-2023, 18:00

/ 391 dəfə oxundu.
ABŞ rus diplomatlarını ölkədən çıxardı

 "Moskvanın ötən ay analoji qərarından sonra Vaşinqton ABŞ-də çalışan iki Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib"

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Rusiya Federasiyasının ABŞ-nin Moskvadakı səfirliyindən iki diplomatı saxta bəhanələrlə deportasiya etməsinə cavab olaraq, ABŞ Dövlət Departamenti Rusiya səfirliyinin ABŞ-də işləyən iki əməkdaşına persona non-qrata elan edib", - məlumatda deyilir. 

Xatırladaq ki, ötən ay Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Moskvadakı səfirliyinin birinci katibi Ceffri Silin və səfirliyin ikinci katibi Devid Bernşteynə persona non-qrata elan etmişdi.

Şərhlər

XƏBƏR LENTİ