SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb

Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb

Tarix:

5-09-2023, 20:28

/ 295 dəfə oxundu.
Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb

Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb

Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi sədri vəzifəsindən geri çağırıb. 

Bu barədə ölkə prezidenti Vaaqn Xaçaturyanın  dövlət başçısının saytında dərc olunan sərəncamında deyilir.

“Baş nazirin (Nikol Paşinyan) təklifinə əsasən, Konstitusiyanın maddələrinə və diplomatik xidmət haqqında qanuna uyğun olaraq, Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılsın.”, - sənəddə deyilir.

Dövlət başçısının digər sərəncamları ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında respublikanın daimi nümayəndəsi təyin edilib.

May ayında Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-ni “səriştəsiz” struktur hesab edərsə, ondan çıxmağa qərar verəcək . O qeyd edib ki, bu halda ölkə öz təhlükəsizlik məsələlərini özü həll edəcək.


Şərhlər

XƏBƏR LENTİ