SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Araik də digərləri kimi cəzasını çəkəcək" - Elmar Məmmədyarov

"Araik də digərləri kimi cəzasını çəkəcək" - Elmar Məmmədyarov

Tarix:

31-08-2023, 18:00

/ 335 dəfə oxundu.
"Araik də digərləri kimi cəzasını çəkəcək" - Elmar Məmmədyarov

"Araik Arutyunyan artıq istifadə olunmuş siyasətçidir. İnanmıram ki, onun siyasətə və ya hardasa rəhbərliyə qayıtmağa imkanı olsun". 

Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Siyasətçi separatçıların liderinin Qarabağdan qaçması xəbərləri ilə bağlı qeyd edib ki, gec-tez o da məsuliyyətə cəlb olunacaq: "Bundan sonra hara qaçacaq? Qaçmaq istəyirsə, qaçsın. Amma gec-tez məsələsi var. Necə digərləri məsuliyyətə cəlb olunursa, onun da öz cəzasını çəkməsi birmənalıdır. Bu, artıq Baş Prokurorluğun işidir. 

İndi yalnız qarşıya baxmalıyıq. Görək yeni "dövlət naziri" hansı mövqedə çıxış edəcək? O, Azərbaycan tərəfi ilə təmasda olub, Xocalıda görüşüblər". 

Şərhlər

XƏBƏR LENTİ