SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İranın keçmiş prezidentinə qarşı cinayət işi açıldı

İranın keçmiş prezidentinə qarşı cinayət işi açıldı

Tarix:

5-07-2023, 18:29

/ 268 dəfə oxundu.
İranın keçmiş prezidentinə qarşı cinayət işi açıldı

İranın keçmiş prezidentinə qarşı cinayət işi açılıb.

Sabiq prezident Həsən Ruhani barəsində 700 min ümumi şikayət İran Prokurorluğuna göndərilib. Məsələnin ən qısa vaxtda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı verəcəyi gözlənilir. 

İran Parlamentinin üzvü Nəsrullah Pejmanfər yerli mətbuata açıqlamasında Ruhani barəsində 2 hal üzrə cinayət işinin açıldığını bildirib. 

Prokurorluğa göndərilən şikayətlərdə Həsən Ruhani birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir. 

Sosial şəbəkələrdə Ruhaniyə qarşı cinayət işinin qaldırılmasına münasibət bildirən bəzi ekspertlər hesab edirlər ki, İranın keçmiş prezidentinə qarşı irəli sürülən ittiham siyasi xarakter daşıyır və bunun arxasında bəzi dairələr dayanır.

Şərhlər

XƏBƏR LENTİ