İranın sabiq prezidentinə qarşı xəyanət ittihamı
İranın keçmiş prezidenti Əhmədinejad xəyanət ittihamı ilə üzləşib.
Aralarında keçmiş nazirlər də olan Əhmədinejad kabinetinin 43 üzvü sabiq prezidenti “ölkəni qarışdırmaq istəyən xarici düşmənlərə zəmin hazırlamaq”la ittiham edib.
Əhmədinejadın hökumətə qarşı tənqidləri də “radikal və dağıdıcı” olaraq qiymətləndirilib. Bununla yanaşı, Əhmədinejada “inqilabın prinsiplərinə geri qayıt” çağırışı da edilib.
Bir müddətdir hökuməti və Ayətulla Əli Xamaneini tənqid edən Əhmədinejadın adı korrupsiya qalmaqalında da hallanır.
Əhmədinejadın dövründə prezident köməkçisi işləmiş Hamid Bekayi korrupsiya ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun digər köməkçisi İsfəndiyar Rahim Meşai də Tehran İnqilab Məhkəməsinin apardığı rüşvətxorluq işi çərçivəsində həbs edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır