SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda ağır döyüşlər gedir”

Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda ağır döyüşlər gedir”

Tarix:

5-07-2023, 13:12

/ 312 dəfə oxundu.
Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda ağır döyüşlər gedir”

 
“İşğal altındakı Donetsk və Luqansk vilayətlərində aktiv döyüş əməliyyatları gedir”.

Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov bildirib.

Onun sözlərinə görə, Xerson, Zaporojye və Xarkov vilayətlərində də vəziyyət mürəkkəbdir: “Melitopol və Berdyansk şəhərlərində bölmələrimiz düşmənin müdafiəsinin 7,5 km dərinliyinə qədər irəliləyib”.

A.Qromovun sözlərinə görə, hərbi əməliyyatlar indi də davam edir: “Belarus və Rusiya sərhədlərindən daim raket və artilleriya hücumuna məruz qalırıq. Düşmənin təxribat-kəşfiyyat qüvvələrinin fəallığı müşahidə olunur”.

Qeyd edək ki, Rusiya Donetsk və Luqansk vilayətlərini 2014-cü ildə işğal edib.

Şərhlər

XƏBƏR LENTİ