SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Lukaşenko Priqojinin Belarusda olduğunu təsdiqlədi

Lukaşenko Priqojinin Belarusda olduğunu təsdiqlədi

Tarix:

27-06-2023, 19:20

/ 367 dəfə oxundu.
Lukaşenko Priqojinin Belarusda olduğunu təsdiqlədi

Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. 

Xalqxeber.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus lideri yüksək rütbəli zabitlərlə görüşündə deyib. 

Lukaşenko Priqojinlə danışıqların təfərrüatlarını açıqlayıb: "Dünən söz verildiyi kimi təhlükəsizlik zəmanəti verildi. Bəli, doğrudan da, o, bu gün Belarusdadır".

O, Belarus müdafiə naziri Viktor Xreninin sözləri ilə razılaşaraq "Vaqner"in Belarus ordusunda olmasını müsbət qarşılayıb: "Orduda belə bir bölmənin olmasına etiraz etməzdim".

Şərhlər

XƏBƏR LENTİ