SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Lavrov Putinin bu sözlərini TƏKZİB ETDİ

Lavrov Putinin bu sözlərini TƏKZİB ETDİ

Tarix:

25-06-2023, 17:55

/ 268 dəfə oxundu.
Lavrov Putinin bu sözlərini TƏKZİB ETDİ

 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin Belarusda nüvə silahının olması ilə bağlı dediklərini təkzib edib. 

O, nüvə silahının hələ Belarusa verilmədiyini açıqlayıb. 

"Rusiya Belarusda yerləşdiriləcək taktiki nüvə silahlarına nəzarəti özündə saxlayır. Bu, beynəlxalq öhdəliklərə uyğundur", - deyə XİN rəhbəri bildirib. 

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin iyunun 16-da SPIEF-də çıxış edərkən nüvə silahının birinci hissəsinin Belarusa köçürüldüyünü deyib. 

Şərhlər

XƏBƏR LENTİ