SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan: “İyul ayında işçilər və təqaüdçülərin rifahını daha da yüksəldəcəyik”

Ərdoğan: “İyul ayında işçilər və təqaüdçülərin rifahını daha da yüksəldəcəyik”

Tarix:

4-05-2023, 16:02

/ 370 dəfə oxundu.
Ərdoğan: “İyul ayında işçilər və təqaüdçülərin rifahını daha da yüksəldəcəyik”

 “İyul ayında həm inflyasiya fərqini, həm də rifah payını nəzərdə tutan yeni dəyişikliklərlə işçilərimizin və təqaüdçülərimizin həyatını daha da asanlaşdıracağıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda mitinqdə çıxışı zamanı deyib.

“Yüksək qiymət və bahaçılıqla bağlı problemlərin öhdəsindən yenə biz gələcəyik. İnflyasiya keçən aydan etibarən 43 faizə düşüb. Ümid edirəm ki, hər ay bu şəkildə azalmağa davam edəcək”, - deyə Ərdoğan qeyd edib.
“Ölkəmizin, millətimizin və övladlarımızın işıqlı gələcəyi üçün mayın 14-də Türkiyə Yüzilliyi ətrafında bir araya gələk”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Mənbə: Anadolu

Şərhlər

XƏBƏR LENTİ