SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək

Ərdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək

Tarix:

27-04-2023, 09:20

/ 994 dəfə oxundu.
Ərdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasiminə onlayn qatılacaq.

Bu haqda Ədalət və İnkişaf Partiyasının sədr müavini Erkan Kandemir sosial media hesabından paylaşım edib.

“Prezidentimiz sabah keçirilməsi planlaşdırılan Akkuyu Atom Elektrik Stansiyasının mərasiminə onlayn olaraq qatılacaq. Mersin mitinqimizin daha sonra keçirilməsi planlaşdırılır”, - Kandemir qeyd edib.
Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb.


Şərhlər

XƏBƏR LENTİ