SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək

İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək

Tarix:

14-04-2023, 10:19

/ 310 dəfə oxundu.
İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək

 
İspaniya həftədə dörd iş günü planını sınaqdan keçirməkdə maraqlı olan kiçik və orta sənaye şirkətləri üçün 10,5 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.

Bu barədə İspaniya hökuməti dörd günlük sınaq proqramını elan edib və bu proqrama müraciət etməkdə maraqlı olan şirkətlər üçün şərtlərini açıqlayıb.

Qeyd olunub ki, sınaq müddəti ən azı 2 il olacaq. Plan ayaqqabı, konserv, geyim və ya avtomobil fabrikləri kimi kiçik sənaye müəssisələrindən başlayacaq və müsbət nəticələr əldə olunarsa, digər biznes sektorlarına da genişlənəcək.

Onu da deyək ki, İngiltərədə dörd günlük iş həftəsinin sınaq mərhələsi yeni başa çatıb. Onun nəticələri üç günlük həftəsonu baxımından müsbət qiymətləndirilib.

Şərhlər

XƏBƏR LENTİ